26.02.2019
Goranboy Dövlət Rəsm Qalereyası Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Xocalı abidəsinin önündə təşkil olunmuş ümumrayon tədbirin də sərgi nümayiş etdirmişdir.
Sərgi 28 ədəd foto şəkil və 10 ədəd yerli rəssamların sulu boya ilə işlədiyi rəsm əsərlərindən ibarət olmuşdur. Qalereyanın direktoru Çinarə Abdullazadə Xocali faciəsi ilə əlaqəli sərgi tamaşaçılarını məlumatlandırmışdır.