Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirildi

26.02.2019

Gəncə şəhəri “Yeni qəsəbə-2”də “Xocalı” abidəsinin önündə ümumşəhər tədbiri keçirildi.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ziyalılar, gənclər və Gəncə şəhərində məskunlaşmış Xocalı rayonundan olan sakinləri iştirak etdilər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov və ictimaiyyətin nümayəndələri Xocalı abidəsinin önünə gül dəstələri düzdülər.

Xocalı faciəsi qurbanlarının eləcə də, Azərbaycanın suverenliyi, istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərin ruhuna dualar oxundu.

Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Sonra Xocalı soyqırımına həsr olunmuş kitab və rəsm sərgisinə baxış oldu.

Tədbirin yekununda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov “Yeni qəsəbə-2”də məskunlaşmış Xocalı sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlandı.