Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tale çırağı” adlı kitabının təqdimatı keçirildi

25.02.2019

Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə istedadlı şair Bayram Göyçəlinin AYB Gəncə bölməsində “Tale çırağı” adlı kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə AYB Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət İşçisi Xəzangül açdı. O, Bayram Göyçəlinin yaradıcılığı haqqında danışdı və bildirdi ki, onun poeziyası daxilindən gələn saf, təmiz duyğuların real inikasıdır.

Şair və yazıçılardan Nüşabə Əsəd Məmmədli, Sahib İbrahimli, Saleh Qurbanov, Ramiz Təmkin, İqbal İsmayılov, Eldar İsayev, Ülvi Sərxan, Gülnar Hüseynova, Qəribə Göyçəli, Minayə Abdullayeva və Aləmzər Əlizadə Bayram Göyçəlinin yaradıcılığından danışdılar, ona uğurlar arzuladılar.

Azərbaycan Respublikası Qərb Regionu üzrə Rus İcmasının sədri, Gəncə Beynəlxalq Hava Limanı direktorunun müavini Valeriy Misiroviç Kozin İş yoldaşı şair Bayram Göyçəlinin yeni kitabını təbrik edərək onu Diplomla təltif etdi.

Rəhim Qurbani və Əfəndi Hacıyev şairə həsr etdikləri şeirlərini oxudular.

Gəncə şəhər 23 saylı məktəbin şagirdləri B. Göyçəlinin şeirlərini məclis iştirakçılarına təqdim etdilər.

Sonda Bayram Göyçəli tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi, yeni şeirlərini oxudu.