25.02.2019
Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş “Xocalı qan yaddaşı” başlığı altında tədbir keçirildi.
Tədbiri giriş sözü ilə MKS-in direktoru Sadiqə Quliyeva açaraq 1992-ci ilin fevral ayının 25-dən – 26-na keçən gecə Xocalıya ermənilərin və sovet ordusunun 366-cı Motoatıcı alayının iştirakı ilə hücum edərək bir şəhəri yerlə yeksan etməsindən, əhaliyə olmazın divan tutulmasından, evlərə-eşiklərə od vurulmasından, torpağın qana qərq edildiyi o gecədən, uşaqların valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirməsindən danışdı.
Oxu zalın müdiri Həbibullayeva Mehriban, Uşaq şöbəsinin müdiri Qasımova Günel çıxış edərək bildirdilər ki, Xocalının neçə-neçə qeyrətli oğlu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındı, körpələr, qadınlar vəhşiliklə qətlə yetirildi.
Tədbirdə 9 saylı tam orta məktəbin şagirdləri Xocalı faciəsinə aid şeirlər söylədilər. Tədbirdə Xocalı rayon sakinləridə iştirak etdilər.
Tədbirin sonunda iştirakçılar Xocalı soyqrımına həsr olunmuş sərgi ilə tanış oldular.