Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Analoqu olmayan soyqırım

25.02.2019

Gəncə şəhəri Bülbül adına 3 №-li Uşaq musiqi məktəbində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.Tədbirdə məktəbin direktoru Elman Məmmədov çıxış etdi.

Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

Məktəbin şöbə müdiri Gülər Məmmədova öz çıxışında faciəsini ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən və dünyada analoqu olmayan soyqırımı aktı olmasından danışdı.

Sonra məktəbin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr etdikləri ədəbi-bədii kompozisiya təqdim edildi.