Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nahaq qan yerdə qalmaz”

22.02.2019

Xocalı Soyqırımının 27-ci ildönümünə həsr edilmiş Goranboy şəhər 2 №-li tam orta məktəbdə Mərkəzi Kitabxana ilə birlikdə “Nahaq qan yerdə qalmaz” adlı tədbir keçirildi.

Tədbiri 2 №li tam orta məktəbin təşkilatçısı müavini Flora Əmiraslanova açdı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin ifasında Azərbaycan Respublikasının himni səsləndi.

Mərkəzi Kitabxananın Xidmət şöbəsinin fond bölmə müdiri Gülnar Nəcəfova məruzə ilə çıxış etdi. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə günahsız Azərbaycanlılara qarşı törədilən qanlı qətliamdan danışdı. O, bu faciəni dünyanın ən böyük faciəsi adlandırdı. Xocalı faciəsi haqqında video-çarx nümayiş edildi.

Tədbirdə şagirdlər Xocalı faciəsinə həsr olunmuş bədii kompozisiya göstərdilər.

Məktəbin musiqi müəlliməsi Xatirə Vəliyevanın müşaəti ilə məktəblilər Xocalı faciəsi və vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər. Məktəblilər şeirlər söylədilər.

Sonda tədbir iştirakçıları Mərkəzi Kitabxananın təşkil etdiyi “26 fevral –Xocalı faciəsidir” başlıqlı sərgi ilə tanış oldular.