22.02.2019
Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı Naftalan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin foyesində tədbir keçirilmişdir.
Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Elman Alıyev açaraq Xocalı faciəsi barədə qısa məlumat verdi.
“Od tutdu o gecə torpaq” məruzəsi ilə Naftalan şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbin tarix müəllimi Kübra Məmmədova çıxış etdi.