Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı soyqırımı – Tarixin ən dəhşəli qətliamıdır”

25.02.2019

Goranboy rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədər "Xocalı soyqırımı – Tarixin ən dəhşətli qətliamıdır" adlı elmi-praktiki konfrans keçirildi. Konfransda Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana Sistemi, Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak etdilər. Heydər Əliyev Mərkəzinin bələdçisi Mətanət Hüseynova "Xocalı faciəsi XX əsrin ən dəhşətli faciələrindəndir" mövzusunda çıxış etdi. O bildirdi ki, bütövlükdə Azərbaycan xalqına qarşı yönədilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin xidmət şöbəsinin kitabxanaçısı Ülviyyə Kazımova əsir düşmüş Xocalı sakinlərinə verilən ağır işgəncələrdən danışdı.

Daha sonra Tarix-Diyarşünaslıq Muzeyinin fond mühafizi Ulduz Bağırova Xocalı faciəsi haqqında öz fikirlərini bildirdi.

Sonda Xocalı faciəsinə həsr olunmuş slayd-video izlənildi.