Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Girov uşaqlar”

22.02.2019

Goranboy Rayon Mədəniyyət Mərkəzində "Xocalı faciəsi" ilə bağlı olaraq tədbir keçirilmişdir.

Tədbirdə rayon MKS-nin, rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak etmişlər.

Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Adilə Məmmədzadə çıxış etmişdir. O, Xocalı hadisələrindən, Xocalı əhalisinin qətliamından girov götürülən azyaşlı Xocalı sakinlərindən, Ümümmilli Liderimiz Heydər Əliyevin 1 mart 1994-cü il tarixli fərmanı və "Xocalı Faciəsi"nin Beynəlxalq Təşkilatlarda tanınmasından bəhs etmişdir.

Sonda isə ermənilər tərəfindən girov götürülən uşaqlardan bəhs edən "Girov Uşaqlar" adlı sənədli film nümayiş etdirilmişdir.