17.02.2019
17.02.2019 – cu il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə “Sazın pərdəsindən
süzülən dilim” adlı şeir saatı keçirildi. Tədbirdə kitabxananın əməkdaşı Vüsalə Mustafayeva Beynəlxalq Ana Dili gününün tarixi və bu günün qeyd edilməsinin əhəmiyyəti haqqında danışdı və qeyd etdi ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Kitabxanaçı vurğuladı ki, tarix boyu yurdumuza hücum edən yadellilər ilk əvvəl dilimizi məhv etməyə çalışmışlar. Biz də məhz bu səbəbdən dilimizi qorumalı, ona sahib çıxmalıyıq. Sonra tədbir kitabxananın fəal oxucularının ifasında Ana dilimizə, vətənimizə həsr olunmuş şeirlərin səslənməsi ilə davam etdirildi. Tədbirin sonunda iştirakçılar kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Dilim zəngin xəzinəmdir” adlı sərgi ilə tanış oldular