18.02.2019
18.02.2019 cu il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15-saylı kitabxana filialı Xocalı soyqırımı gününə həsr olunmuş “Xocalı –qəlbimizin göynəyən yeri” başlığı altında ədəbi-bədii kompozisiya keçirdi.
Tədbirdə 23 saylı məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə 15-saylı kitabxana filialının müdiri Atlaz Cəfərova açaraq, Xocalı faciəsinin ermənilər tərəfindən törədilən ümumbəşəri cinayət olduğunu, belə bir vəhşiliyin bənzəri olmadığını söylədi.... 23 saylı məktəbin tarix müəllimi Hacıyev Seyhun “Xocalı dünyanın ən böyük faciəsidir” mövzusunda çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd etdi. Mursaqulova İradə müəllimə isə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə birləşmiş Rus-Erməni silahlı qüvvələri Xocalıya hücum edərək,soyuq Fevral gecəsində 63 uşaq,106 qadın,70-i qoca olmaqla 613-nəfər Xocalı sakinin qətlə yetirildyinii,8-ailənin tamamilə məhv edildiyini,1275-nəfərin əsir götürüldüyünü, və bu soyqırım aktının təkcə Azərbaycanlılara qarşı deyil,bütövlükdə insanlığa,bəşəriyyətə,beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət olduğunu iştirakşılarının nəzərinə çatdırdı.
Şagirdlərin ifasında şeirlər, bayatılar səsləndirildi. Sonra məktəblilər “Xocalı fəryadı”başlığı altında ədəbi- bədii kompazisiyalar nümayiş etdirdilər.