19.02.2019
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 saylı kitabxana filialı ,Heydər Əliyev Mərkəzi ilə birlikdə 19 fevral 2019-cu il tarixdə Beynəlxalq Ana dili günü ilə münasibətilə “Dil xalqın varlığıdır” mövzusunda ədəbi-bədii gecə keçirdi.
Tədbirdə Gəncə Dövlət Universitetinin müəllim və tələbələri iştirak edirdi.
Kitabxananın müdiri Lyudmila Axundova iştirakçıları salamlayaraq ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında məlumat verdi.
GDU-nun müəllimi Qasımova Samirə “Ana dilimizi qoruyaq”, tələbələrdən Hacıyeva Pərvanə “Milli varlığın ifadəsi”, Əhmədova Elmira “21 fevral-Ana dili günüdür” mövzusunda çıxışlar etdilər.
Tələbələrin bir-birindən gözəl çıxışları hamının marağına səbəb oldu. Onların ifasında ana dilinə həsr olunmuş şeirlər və mahnılar səsləndi.
Sonda kitabxananın müdiri Lyudmila Axundova bu tədbirin keçirilməsində əməyi olan hər bir kəsə kollektiv adından öz təşəkkürünü bildirdi