Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ana dilimiz şirindir

19.02.2019

Gəncə MKS-nin Uşaq şöbəsində 19.02.2019-cu il tarixində Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimiz şirindir” başlığı altında şeir gecəsi keçirildi. Gecədə 3№-li məktəbin IV sinif şagirdləri iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının möhtəşəm himn sədaları altında başladı. Şeir gecəsini giriş sözü ilə şöbənin müdiri Ellada Rəhimova açaraq tədbirin məqsədi və bü günün yaranma tarixi haqqında məlumat verdi. Bildirdi ki,. 1999-cu ilin noyabrından Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-I bütün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur.

3№-li məktəbin ibtidai sinif müəlliməsi Cavadova Kəmalə ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat verdi. Bildirdi ki,dil - hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində,mükəmməl təhsil almasında mühüm rol oynayır. Sonra tədbir bədii hissə ilə davam etdi. Şagirdlərin ifasında dilimizə həsr olunmuş B.Vahabzadənin “Ana dili”,S.Rüstəmin “Dilimə dəymə”,T.Qurbanın “Ana dilim” və s.şeirlər səsləndi və mahnılar ifa olundu. Sonda şagirdlər mövzu ilə bağlı kitab sərgisi ilə tanış oldular. Tədbirdə iştirak edən valideynlər tədbirin təşkili üçün kitabxana işçilərinə öz təşəkkürlərini bildirdilər.