22.02.2019
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 №-li kitabxana filialında Azərbaycanın görkəmli ədibi, dramaturqu və yazıçısı Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar “Oqtay Eloğlu” əsərinin müzakirəsi keçirildi.
Tədbir GDU-nun tələbələrinin iştirakı ilə keçirildi.
Kitabxananın müdiri Lyudmila Axundova bildirdi ki, Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrindən biri olan Cəfər Cabbarlı yaradıcılığa şeirlə başlayan dramaturq sonrakı illərdə inqilabi, satirik və maarifçi hekayələri ilə də ədəbi mühitdə imzasını tanıda bilib. Yazıçının dəyərli ədəbi nümunələrindən biri, 1922-ci ildə yazılan “Oqtay Eloğlu” faciəsidir.
GDU-nun müəlliməsi Samirə Qasımova, 2-ci kurs tələbələri Səbinə Ramazanova, Aytən Babayeva əsər haqqında öz maraqlı fikirlərini söylədilər. 1-ci kurs tələbəsi Əkbər Bayramov Oqtayın monoloqunu söylədi.
“Oqtay Eloğlu” əsərinin müzakirəsi oxucuların marağına səbəb oldu. Kitabxananın müdiri Lyudmila Axundova bu tədbirin keçirilməsində kitabxanaya yaxından kömək edən fəal oxuculara öz dərin təşəkkürünü bildirdi və Cəfər Cabbarlının əsərlərini oxumağı tovsiyə etdi.