Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlil Məmmədquluzadənin IV cildlik seçilmiş əsərləri üzrə xülas

18.02.2019

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı görkəmli Azərbaycan yazıçısı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019 – cu il sərəncamına əsaslanaraq yazıçının IV cildlik seçilmiş əsərlərindən ibarət xülasə keçirdi. Böyük kitabxanaçı Könül Mirxudayeva əvvəl ədibin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Sonra kitabxanaçı yazıçının seçilmiş əsərlərini bir-bir xülasə etdi. Sonunda kitabxanaçı vurğuladı ki, bu gün “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin ədəbi irsi Müstəqil Azərbaycan Respublikasının böyük tarixi yaddaşı olaraq qalır və onun müxtəlif janrlı əsərləri xalqımızın tarixi abidəsi kimi qiymətləndirilməkdədir.