22.02.2019
Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xocalı rayon Mədəniyyət evində rayon Mədəniyyət evi və Xocalı rayon MKS-nin işçiləri birlikdə dəyirmi masa keçirildi.
Rayon Mədəniyyət evinin direktoru Orxan Məmmədovun təklifi ilə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dəyirmi masada Xocalı faciəsinin canlı şahidləri həmin hadisədən, ermənilərin törətdiyi vəhşiliklərdən danışdı. İlk öncə söz Şükür Bəşirova verildi. O, çıxışında Xocalı faciəsinin səbəbini, onun ağır nəticələrini, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərbələri iştirakçılara çatdırdı.
Sonra Nəfiqə Əliyeva Xocalı şəhəri haqqında, oradakı xatirələrdən geniş danışdı və bildirdi ki, Xocalıya qayıdacaqları günü böyük səbrsizliklə gözləyirlər.
Daha sonra Balış Abışova, Kamil Əzimov da Xocalı Soyqırımı haqqında ürək ağrısı ilə danışdılar.