21.02.2019
Goranboy rayonu Mərkəzi Kitabxanada Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Qan yaddaşımızdan silinməyən Xocalı soyqırımı” adlı dəyirmi masa keçirildi. Tədbirdə Mərkəzi Kitabxananın, Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşunaslıq Muzeyinin əməkdaşları, Xocalı şəhər 1 № li tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Oxu zalının müdiri Sevda Əliyeva açdı. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Xocalı şəhər 1 № li tam orta məktəbin riyaziyyat müəllimi Məmmədova Solmaz Məmmədəli qızı Xocalı sakinlərinin başına gətirilən faciədən danışdı və bu faciənin heç vaxt unudulmayacağını söylədi.
Xocalı sakinləri Aynurə İbrahimova, Aidə Allahverdiyeva Xocalıda başlarına gətirilən qanlı müsibətlərdən danışdılar.
Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova, İlqar Əhmədov, Rəxşəndə Xəlilova çıxış edərək rus və erməni hərbi birləşmələrinin günahsız, əliyalın insanlara etdiyi qətliamdan danışaraq bu facəni törədənləri lənətlədilər. Xocalı şəhər 1 № li tam orta məktəbin şagirdləri Ləman Ağayeva, Asıman Rzazadə, Ləman Fərəcova, Baxışlı Laçın Xocalı faciəsinə həsr olunmuş şerlər söylədilər. Kövrək anlar yaşandı.
Tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş sərgi ilə tanış oldular. Xocalı faciəsini əks etdirən filim nümayiş edildi.