Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yanğın təhlükəsizliyi qaydalarına aid təlimati söhbət

21.02.2019

Gəncə Regional Mədəniyyət İdarəsinin fəaliyyət göstərdiyi Məhsəti Gəncəvi Mərkəzində 2019-cu ilin fevral ayının yanğın təhlükəsizliyi aylığı elan olunması ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına aid təlimati söhbət aparıldı.

Təlimati söhbət Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən təşkil olundu.

Təlimati söhbətdə Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət Yanğın Nəzarəti şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru Abbas Abbasov, inspektor, daxili xidmət kapitanı Ruslan Əhmədov, inspektor, daxili xidmət baş leytenantı Uğur Əliyev çıxış edərək yanğın təhlükəsizliyi aylığından, yanğın söndürmə balonundan istifadə qaydalarından, təxliyyə planı və s. barədə ətraflı məlumat verdilər.

Onlar eyni zamanda Regional İdarənin əməkdaşlarını maraqlandıran sualları cavablandırdılar.

Təlimati söhbətdə Gəncə Regional Mədəniyyət İdarəsinin 27 nəfər əməkdaşı iştirak etdi.