Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qarabağım, Qara Bağrım” adlı tədbir və sərgi

18.02.2019

Goranboy Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar "Qarabağım, Qara Bağrım" başlığı altında tədbir və sərgi təşkil edilmişdir.

Sərgidə Xocalı faciəsini əks etdirən 19 ədəd foto şəkil nümayiş etdirilmişdir. Tədbir iştirakçıları, idarə, təşkilat nümayəndələri və Goranboy şəhər 1 nömrəli orta məktəbin 9-cu sinif şagirdləri olmuşdur.

Tədbirdə çıxış edən Qalereyanın direktoru Çinarə Abdullazadə Xocalı faciəsi barədə geniş məlumat verdi.