18.02.2019
Xocalı rayon Mərkəzləşdirlmiş Kitabxana Sistemində Xocalı soyqrımının 27-ci ildönümü həsr olunmuş kitab sərgisi nümayiş etdirildi.
Mərkəzi kitabxananın direktoru Bəhram Məmmədov giriş sözü ilə çıxış etdi. O, 1992-ci ildə erməni qəsbkarlarının Xocalıda törətdikləri ağılagəlməz vəhşiliklərdən, Xocalının Qafqaz Albaniyasında ən qədim yaşayış məskəni olmasından ətraflı danışdı.
Xocalı faciəsində, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə faciə iştirakçıları, şəhid ailələrinin nümayəndələri çıxış etdilər.
Tədbirdə Xocalı rayon ictimaiyyəti nümayəndələri, orta məktəb şagirdləri iştirak etdilər.