Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“MƏNİ DÜNYAMDAN QOPARMA”

18.02.2019

Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə istedadlı şair İmamverdi Məmmədovun AYB Gəncə bölməsində “Məni dünyamdan qoparma” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə AYB Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət İşçisi Xəzangül Hüseynova açdı. O, İmamverdi Məmmədovun yaradıcılığının məziyyətlərindən danışdı, göstərdi ki, şairin şeirlərində səmimiyyət, məhəbbət, elə-obaya vurğunluq əsas yer tutur.

Yazıçı Qərib Mehdi “İlham” ədəbi birliyinin yaranması tarixindən, İmamverdi Məmmədovun həmin ədəbi birliyin fəal üzvlərindən biri olduğunu vurğuladı, şairə yeni nailiyyətlər dilədi.

Şair Aydın Murovdağlı çıxışında qeyd etdi ki, müəllifin yaradıcılığına çoxdan bələdəm. Aşıq poeziyası üslubunda yazan istedadlı şairlərimizdən biridir.

Şair və yazıçılardan Sahib İbrahimli, Fərruxə Umarova, Səbuhi Rəfibəyli Ramiz Təmkin, İqbal İsmayılov, Bayram Göyçəli, Oqtay Abdulla, Güldərən Vəliyeva, Adil Ramazan, Eldar İsayev, Əfəndi Hacıyev və Aləmzər Əlizadə İmamverdi Məmmədovun yaradıcılığından danışdılar ona uğurlar arzuladılar.

Zahir Şirani, Rəhim Qurbani və Qəribə Göyçəli İmamverdi Məmmədova həsr etdikləri şeirlərini oxudular.

Sonda İmamverdi Məmmədov tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi, yeni şeirlərini oxudu