Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Təhsildən Peşəyə”

18.02.2019

Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində "Təhsildən Peşəyə" başlığı altında məktəbli oxucular arasında İnşa yazı müsabiqəsi keçirildi.

Müsabiqədə 14 nəfər oxucu iştirak etdi.

İnşa yazı müsabiqəsi QHT- Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai birliyinin dəstəyi ilə keçirildi. Müsabiqədə 1-2-3 yerlərə hədiyyələr, iştirakçılara isə həvəsləndirici diplomlar təqdim olundu.

İnşa yazı müsabiqəsini Xocalı şəhər 4 saylı tam orta məktəbinin ədəbiyyat müəlliməsi Ülviyyə Əhmədova yoxlayaraq qiymətləndirdi.

Müsabiqənin məqsədi məktəbli oxucuları peşəyə həvəsləndirməkdir.