Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının IX konfransı keçirilib

09.12.2017

Konfransda Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, MM-in deputatlarından YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvü Musa Quliyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə və Naqif Həmzəyev iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif  Həmzəyev geniş hesabat məruzəsi ilə çıxış edərək, ötən müddətdə görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, YAP Gəncə şəhər təşkilatı fəaliyyəti müddətində mütərəqqi iş təcrübəsi toplayaraq YAP-ın sınanmış qabaqcıl qollarından birinə çevrilib. Təşkilat siyasi və ideoloji cəhətdən daha da mətinləşərək yeni iş təcrübəsi ilə zənginləşib. Naqif Həmzəyev qeyd edib ki, YAP Gəncə şəhər təşkilatı hesabat dövrü ərzində sıralarını xeyli genişləndirərək, üzvlərinin sayını 40 minə çatdırıb. Bildirilib ki, YAP Gəncə şəhər təşkilatı partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcək.

Sonra YAP Gəncə şəhər təşkilatının nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.

Məruzə ətrafında çıxış edən konfrans nümayəndələri təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Konfransda Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov çıxış edərək, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsindən bəhs edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil.

Çıxışlardan sonra konfransın qətnaməsi qəbul olunub, təşkilati məsələlər müzakirə edilib. Naqif Həmzəyev yenidən YAP Gəncə şəhər təşkilatının sədri seçilib. Konfransda 93 nəfərdən ibarət şəhər təşkilatının şurası, 27 nəfərdən ibarət idarə heyəti və nəzarət təftiş qrupu seçilib.

YAP Gəncə şəhər təşkilatının 40 mininci partiya üzvünə təntənəli şəkildə partiya vəsiqəsi, təşkilatın bir sıra fəal üzvlərinə Fəxri fərman təqdim edilib.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.