14.02.2019
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında tanınmış estrada müğənnisi, əslən Gəncədən olan Fuad Musayevin solo konserti oldu.
“FM ekspress” estrada qrupunun müşayiəti ilə müğənni Fuad Musayevin ifa etdiyi estrada, xalq mahnıları, Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnıları gəncəlilər tərəfindən maraqla qarşılandı .
Konsertdə həmçinin Respublikanın Əməkdar artisti Ehtiram Hüseynov, gənc müğənni Arzu Həsənli iştirak etdilər.
İstedadlı estrada müğənnisi Fuad Musayevin rəhbərliyi ilə “FM ekspress” qrupunun təqdim etdiyi hər bir musiqi nömrəsi alqışlara səbəb oldu.
Konsertin sonunda müğənni Fuad Musayev özünün ilk solo konsertinin doğma şəhəri olan Gəncədə baş tutması üçün zəhmət çəkən hər bir insana xüsusi minnətdarlığını bildirdi