09.12.2017
Gəncə şəhər MKS-nin Səyyar şöbəsi 25 saylı orta məktəblə birgə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədi ilə “Hərbi hissədə bir gün” adlı lahiyəsiylə “N” saylı hərbi hissədə görüş keçırdi. Tədbir ilk öncə hərbi hissədə Ümümmilli Lider Heydər Əliyevin abidəsinə gül qoyma ilə başladı. Sonra şagirdlər vətən uğrunda həlak olmuş şəhidlərimizi yad etdilər. Görüşdə şagirdlər hərbi hissədə əsgərlərə yaradılmış şəraitlə tanış oldular. Əsgər kazarmasında əsgər yataqxanasıyla, dərs otagıyla, silah sursatlarla tanış oldular.Tədbirin sonunda şagirdlər əsgərlərlə birgə nahar etdilər.