04.02.2019
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında “ Gəncə mənim doğma şəhərim ” adlı sərgi nümayiş olundu. Böyük kitabxanaçısı Könül Mirxudayeva, 4 min illik zəngin tarixə malik olan gözəl diyarımız Gəncənin keçmişi, bu günü, görkəmli şəxsiyyətləri, şair və yazarları, milli qəhrəmanları haqqında, sonra isə sərgilənən kitablar haqqında ətraflı məlumat verdi.Sərgidə Gəncənin tarixi, ictimai – siyasi həyatı, incəsənəti, eləcə də Gəncə yazarlarının əsərlərini əks etdirən kitablar nümayiş olundu.