31.01.2019
Goranboy Dövlət Rəsm Qalereyasında, Goranboy rayon Gənclər və İdman idarəsi ilə birlikdə 2 Fevral – Gənclər gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Rəsm Qalereyasının bələdçisi Rəmziyyə Məmmədova 2 Fevral – Gənclər günü barədə məlumat verdi və ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya tədbir iştirakçıları adından minnətdarlığını bildirdi.
Tədbirdə gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirildi.