Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Torpaq uğrunda ölən varsa Vətəndir”

28.01.2019

Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında Azərbaycan Milli Qəhrəmanları Quliyev Mətləb Kamran oğlunun, Abdullayev Rövşən Əbdülhüseyn oğlunun, Muradov Hikmət Oktay oğlunun doğum günlərinə həsr olunmuş anım günü keçirildi.

Tədbiri giriş sözü ilə Oxu zalının müdiri Sevda Əliyeva açdı. Qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Oxu zalının müdiri Sevda Əliyeva məruzə ilə çıxış etdi. Xidmət şöbəsinin fond müdiri Gülnar Nəcəfova, Milli Qəhrəman Muradov Hikmət Oktay oğlunun keçdiyi döyüş yolundan, Avtomatlaşdırma şöbəsinin işçisi Günel Vəliyeva Quliyev Mətləb Kamran oğlunun, Xidmət şöbəsinin böyük kitabxanaçısı Dürdanə Bayramova Abdullayev Rövşən Əbdülhüseyn oğlunun döyüş yolundan söhbət açdılar.

Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova, Tarix-diyarşunaslıq muzeyinin bərpaçı-rəssamı İlqar Əsgərov, şöbə müdiri Səidə Abdullayeva məruzə ətrafı çıxışlar edərək vətənpərvərlik tərbiyəsinin əhəmiyyətindən danışdılar.

Çıxışlarda vətən uğrunda şəhid olanların xatirəsinin əbədi olması xüsusi vurğulandı.