22.01.2019
Goranboy Dövlət Rəsm Qalereyası Tatarlı kənd orta məktəbində Azərbaycanın görkəmli rəssamı Bəhruz Kəngərlinin anadan olmasının 127-ci ildönümü ilə əlaqədər şagirdlərlə görüş və söhbət təşkil etdi.
Qalereyanın direktoru Çinarə Abdullazadə, fond mühafizi İlhamə Məmmədova rəssamın həyat və yaradıcılığı barədə ətraflı məlumat verdilər.
Şagirdlərin nəzərinə çatdırıldı ki, 1892-cı ilin yanvarın 22-də Naxçıvan şəhərində anadan olmuş, 1922-ci ilin fevralın 7-də 30 yaşında vəfat etmiş, rəssamın zəngin yaradıcılığı olmuşdur.
Onun “Qaçqız oğlan”, “Qaçqız xanım”, “Qaçqın uşaqlar”, “Naxçıvan xərabələri” kimi rəsm əsərləri ermənilərin azərbaycan xalqına qarşı törətdikləri təcavüz və terrora həsr olunmuşdur.
İstedadlı rəssam Bəhruz Kəngərlinin 2000-nə yaxın rəsm əsəri müxtəlif sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir. Naxçıvanda teatr sənətinin inkişafında Bəhruz Kəngərlinin böyük zəhməti olmuşdur.