Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünyanın ən böyük faciəsi”

19.01.2019

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15-saylı kitabxana filialında 20 Yanvar faciəsinin 29-cu il dönümü münasibəti ilə “Dünyanın ən böyük faciəsi” başlığı altında ədəbi-bədii kompozisiya keçirilib.

Öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra filialın direktoru Atlaz Cəfərova1990-cı ilin 19-dan 20-nə keçən gecə xalqımızın başına gətirilən faciəni böyük ürək ağrısı ilə iştirakçıların diqqətinə çatdırıb.. 23-saylı Lisey məktəbinin tarix müəllimi Ceyhun Hacıyev çıxışında qeyd edərək bildirib ki, həmin gün 147 nəfərin qətlə yetirildiyi bu faciənin başda M.Qorboçov olmaqla keçmiş sovet imperiyasının xalqımızın azadlıq uğrununa qarşı yönəldilmiş bir qəsd idi. Həmin məktəbin dil-ədəbiyyat müəlliməsi İradə Mursaqulova 20 yanvarın Xalqımızın Azadlıq uğrunda mübarizə tarixinin qanlı səhifəsi kimi heç vaxt unudulmayacağını bir daha vurğulayıb.

Tədbirdə məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər,”Şəhidlər ölməz”adlı ədəbi-bədii kompozisiyalar nümayiş ediblər.

Tədbirin sonunda kitabxanada təşkil olunan “Azadlığa gedən yol 20 Yanvar” başlığı altında sərgiyə baxış keçirildi