19.01.2019
Gəncə şəhəri F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Qanlı və şanlı – 20 Yanvar” adlı anım tədbiri keçirildi.
Tədbiri məktəbin direktoru Aida Əmrahova açdı.
Azərbaycanın azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra məktəbin şagirdlərinin hazırladığı “Qanlı və şanlı – 20 Yanvar” adlı ədəbi-bədii kompozisiya təqdim edildi.