Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qocalan dərdin ucalığında” adlı anım günü

19.01.2019

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Qocalan dərdin ucalığında” adlı anım günü keçirtdi.

Kitabxananın müdiri Natella Hacıyeva tədbiri giriş sözü ilə açaraq azadlığımız və ərazi bütövlüyümüz uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

Tədbir xalqımızın canından, qanından, süzülüb gələn Dövlət Himni ilə açıq elan edildi.

Gəncə şəhəri 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Svetlana Əsgərova “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda, “20 yanvar Beynəlxalq aləmdə” mövzusunda isə böyük kitabxanaçı Könül Mirxudayeva çıxış etdi.

Sonra fəal oxucularımızın ifasında Zəlimxan Yaqubun “Şəhid”, Bəxtiyar Vahabzadənin “Şəhidlər”, Fikrət Qocanın “Şəhid anaları” şeirləri səsləndirildi.

Tədbirdə “Yaddaşlarda yaşayan qəhrəmanlıq ” adlı sərgi təşkil olunmuşdu.