Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əbədi and yerimiz – Şəhidlər”

18.01.2019

Gəncə şəhəri Heydər Əliyev Mərkəzində yerləşən MKS-nin 16 №-li kitabxana filialında Heydər Əliyev Mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Əbədi and yerimiz – Şəhidlər” mövzusunda ədəbi-bədii kompozisiya keçirildi.

Tədbirdə 32 nömrəli orta məktəbin müəllimləri və V-VI sinif şagirdləri iştirak etdilər. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Tədbiri böyük kitabxanaçı Mirvari Cəfərova açaraq Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı 20 yanvar faciəsi şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.

Tədbirdə iştirak edən 32 nömrəli orta məktəbin müəllimi Lalə Daşdəmirova çıxışında bildirdi ki, bu gün Azərbaycan xalqının tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsinin yarandığı bir gündür. Hər bir Azərbaycan vətəndaşının müqqədəs vəzifəsi hər an şəhidlərimizi yad etməkdir.

Şagirdlər “Şəhidlər unudulmur” adlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Sonda 20 yanvar şəhidlərinə həsr olunmuş video-çarx nümayiş etdirildi.