Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar şəhidlərinə həsr olunmuş anım mərasimi

18.01.2019

Azərbaycan xalqının azadlıq tarixinə qanla yazılmış, analoqu olmayan 20 yanvar faciəsinin anım günü ilə əlaqədar olaraq Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Mədəniyyət Mərkəzində anım mərasimi keçirildi.

Mərasimdə 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Mərasimdə rayon təhsil idarəsindən, kitabxana sistemindən nümayəndələr iştirak etdilər.

Tədbiri Mərkəzin direktoru Şəlalə Tağıyeva açdı. O, xalqımızın istiqlal yolunda göstərdikləri mərdlik, cəsarət və ölümün gözünə dik baxaraq şəhid olduğu gündən geniş məruzə etdi. Sonra söz Mərkəzin işçisi AfərimVerdiyevaya verildi və həmin gecə baş vermiş qanlı faciənin insanlara qarşı tətbiq edilmiş vəhşiliyindən geniş məlumat verdi, haqsız olaraq yaşlı insanların, qadınların, uşaqların başına gətirilən vəhşilikdən danışdı.

Mərkəzin işçisi Təranə Qarayeva sovet əsgərlərinin və muzdla tutulmuş xarici terrorçuların Bakı şəhərinin amansızcasına dağıtdıqlarını, öz evində sakit oturan vətəndaşlarımıza, yaralı insanlara kömək edən həkim və tibb bacılarına, məktəblilərə qarşı divan tutaraq əzab verdikləri haqqında məlumat verdi.