16.01.2019
Kəlbəcər rayon Mərkəzi Kitabxana Sistemində “20 yanvar yaddaşmızın əbədi ağrısıdır” başlığı altında tədbir keçrilmişdir. Tədbirdə 9 saylı tam orta məktəbin şagirdləri, qəsəbə sakinləri iştirak etmişdir.
Tədbiri Uşaq şöbəsinin kitabxanaçısı Aynurə Hüseynova açaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ittifaqının ordusu tərəfndən Bakı şəhərində törədilən qanlı hadisələrdən məlumat verdi.
Xidmət şöbəsinin kitabxanaçısı Sevinc Mirzəyeva, Allı kənd kitabxanasının müdiri Mahirə Həsənova qanlı yanvar hadisələri haqqında məruzə edərək bildirdi ki, Bakıya daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən əliyalın dinc əhalini pulemyot və avtomatlardan atəşə tutmaları.
Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 yanvar faciəsini hər il qeyd edir, öz qəhraman övladlarının əziz xatirəsini daim qəlbində yaşadır, bu faciə heç vaxt unudulmayacaq.