Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”20 yanvar faciəsi müstəqilliyimizin şəhidlik zirvəsidir” adlı seminar

18.01.2019

Goranboy rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsi 29-cu ildönümü ilə əlaqədar "20 yanvar faciəsi müstəqilliyimizin şəhidlik zirvəsidir" adlı seminar keçirildi.

Seminar iştirakçıları Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Heydər Əliyev Mərkəzinin əməkdaşı Nərminə Şirinbəyli, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Günel Vəliyeva və başqaları çıxış edərək 20 Yanvar faciəsi barədə ətraflı məlumat verdilər.