Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlərimizi yad edirik”

18.01.2019

Gəncə şəhər Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım saatı keçirildi.

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən şəhər muzeylərinin birgə tədbirinin tarix muzeyinin direktoru Aygün İmanova açdı.

Azərbaycan şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Mir Cəlal Paşayev Muzeyinin direktoru İradə İbayeva, İsrafil Məmmədov Xatirə Ev Muzeyinin direktoru Eldəniz Babayev, həmçinin Tarix muzeyinin elmi işçisi Fidan Böyükbabalı, bələdçi Türkan Həsənova və başqaları çıxış etdilər.

Tarix muzeyinin “20 Yanvar” salonunda keçirilən tədbirin iştirakçıları üçün ekskursiya təşkil olundu.