15.01.2019
Gəncə şəhərində Cavad Xan Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı ilə Cavad xanın məqbərəsi önündə anım mərasimi keçirildi. Tədbirdə Cavad xan obrazının mahir ifaçısı Nürəddin Mehdixanlı, Cavad xanın kötücəsi, İsmayıl xan Ziyadxanlının nəvəsi Valid xan Ziyadxanlı, Nəsib bəy Yusifbəylinin bacısı nəvəsi Rafat Cuvarlı, millət vəkili, böyük dövlət xadimi Tofiq Bağırovun oğlu, Yüksəl Bağırov, Cavad Xan Tarix və Mədəniyyət fondunun 1-ci vitse prezidenti Müzadil bəy Zauroğlu, ziyalılar, Cavad xanı sevən gənclər və gəncəlilər iştirak etdi. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Cavad xan zirvəsinə yürüşə başlandı. Zirvəyə yürüş çox maraqlı, çox səmimi və çox xoş oldu. Zirvədə Azərbaycan himninin sədaları ilə bayrağımız ucaldıldı.