16.01.2019
Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar "Qanlı gecə” mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masa Azərbaycan tarixinə qəhrəmanlıq səlnaməsi yazan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Muzeyin direktor əvəzi Ulduz Bağırova, 20 yanvar faciəsi haqqında geniş məlumat verdi.
Tədbir iştirakçıları 20 Yanvar tarixini elmi, ictimai və mənəvi nöqteyi-nəzərdən müzakirə ediblər.
Dəyirmi masada 20 Yanvar faciəsi müxtəlif aspektlərdən araşdırılıb, hadisələrin Azərbaycan xalqının müstəqilliyi, eləcə də regionda gedən qlobal proseslər və geosiyasi dəyişikliklər baxımından önəminə dair müzakirələr aparılıb.
Sonda tədbirdə iştirak edən tələbələr 20 Yanvar qurbanlarına həsr olunan şeirlər səsləndirdilər, mövzu ilə bağlı fikirlərini bildirdilər.