15.01.2019
Goranboy Dövlət Rəsm Qalereyası 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Sərxan Ocaqverdiyev adına Tatarlı kənd orta məktəbində "20 yanvar foto faktların gözü ilə" adlı sərgi təşkil etdi. Sərgi 20 yanvar şəhidlərinin 20 ədəd foto şəkillərindən ibarət olmuşdur. Sərgidə Qalereyanın direktoru Çinarə Abdullazadə 20 yanvar faciəsi haqqında məlumat verdi.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini Respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.