Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cahandar Aybər “Alnımızdandır göy üzü” adlı kitab təqdimatı

14.01.2019

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin təşkilatçılığı ilə Cahandar Aybərin “Alnımızdandır göy üzü” adlı ilk kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri Xəzangül xanım gənc şairin heç kimə bənzəməyən poetik dünyasından söz açaraq, onun ümidli gələcəyinə çox inam bəslədiyini söylədi.

Kitabın ön söz müəllifi şair Sahib İbrahimli çıxışında bildirdi ki, Cahandar Aybər fərdi yazı üslubuna, orjinal dəsti-xəttə yiyələnmək istiqamətindəki səyləri təqdirə layiqdir.

Təqdimat zamanı Cahandar poeziyasının vurğunu olan qonaqlardan Sadəgül həkim, Gülnar Məmmədova, Şöhrət Cəfər müəllif haqqında ürək sözlərini böyük məhəbbətlə ifadə etdilər.

Şair və yazıçılardan Aydın Murovdağlı, Nüşabə Əsəd Məmmədli, İnqilab İsaq, Saleh Qurbanov, Fazil Sənan, Vüsal Hicran, Elməddin Nicat, Gülnarə Sadiq, Zülfiyyə Yaqubqızı, Zinyət Zəki, Lamiyə İsazadə və Aləmzər Əlizadə gənc şairin ilk kitabını təbrik edib uğurlar arzuladılar.

Yığıncağın sonunda Cahandar Aybər tədbir təşkilatçılarına minnətdarlığını bildirib yeni şeirlərini oxudu.