14.01.2019
Gəncə şəhərinin baş meydanında Yeni ilə həsr olunmuş ümumşəhər bayram şənliklərinin yekun konserti oldu.
Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsi və “Gəncland” ailəvi istirahət və əyləncə kompleksinin təşkilatçılığı ilə bir aya yaxın müddətdə təşkil olunan ümumşəhər bayram şənliyinin yekun konsertində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı solistlərinin, şəhərin uşaq musiqi, incəsənət məktəblərinin şagird və müəllimlərinin iştirakı ilə maraqlı konsert proqramı şəhər əhalisi tərəfindən böyük maraq və minnətdarlıqla qarşılandı.