28.12.2018
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev yığıncaq iştirakçılarını salamlayaraq qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Regional idarənin bütün mədəniyyət, incəsənət işçilərini təbrik etdi.
Sonra o, Regional idarənin tabeliyində fəaliyyət göstərən şəhər və rayon mədəniyyət müəssisələrində 2018-ci il ərzində keçirilən mədəni tədbirlərdən, yubileylərdən, müsabiqələrdən və s. danışdı.
İdarə rəhbəri 2018-ci ildə əldə olunan uğurlarla yanaşı, çatışmazlıqlarıda qeyd etdi, öz tövsiyyə və tapşırıqlarını verdi.
Regional İdarənin Naftalan şəhəri üzrə baş məsləhətçisi Zöhrab Adığözəlov, Samux rayonu üzrə baş məsləhətçi Süleyman Əliyev, Kəlbəcər rayonu üzrə baş məsləhətçi Hacı Əmrahov, Xocalı rayonu üzrə baş məsləhətçi Ruslan Bəşirov hesabat xarakterli çıxışlar etdilər.
Hesabat yığıncağının sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi, qarşıdan gələn bayramlar münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, onun simasında Azərbaycan xalqını, dünya azərbaycanlılarını təbrik etdi, müstəqil respublikamıza yeni ildə daha böyük uğurlar, sülh əmin-amanlıq, davamlı inkişaf və tərəqqi arzu etdi.