28.12.2018
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Naftalan şəhər Uşaq Musiqi Məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bayram konserti oldu.
İlk öncə məktəbin tədris işləri üzrə direktor müavini Pərvanə Əliyeva müəllimləri, şagirdləri, valideynləri bayram münasibətilə təbrik etdi.
Sonra məktəbin uşaq xor kollektivi, vokal qrupları, “Cəngi” qarmonçalanlar ansamblı, rəqs qrupu çıxış etdi.
Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri, aşıq havaları, xalq mahnı və rəqsləri təqdim olundu.