27.12.2018
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə Uşaq İncəsənət Məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirildi. Məktəbin direktoru Ramayıl Atayev şənlik iştirakçılarını salamlayaraq, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, onun şəxsində Azərbaycan xalqını, dünya azərbaycanlılarını təbrik etdi.
Sonra məktəbin müəllim və şagirdlərinin ifasında Azərbaycan Xalq, bəstəkar mahnıları, eləcə də rus, ingilis, dillərində yeni ilə aid mahnılar səsləndi.
Məktəbin xor kollektivi, “Gəncə Gönçə”ləri mahnı və rəqs ansamblı çıxış etdi.
Sonda şənlik iştirakçıları şagirdlərin rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.