Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əbədi birliyimiz”

26.12.2018

Gəncə şəhəri MKS-nin 11 saylı kitabxana filialında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar “Əbədi birliyimiz” adlı dəyirmi masa keçirildi.

Tədbiri filialının müdiri Esmira Həsənova açaraq dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni ilin gəlişi münasibətilə bütün tədbir iştirakçılarını təbrik etdi, bu günün mahiyyətindən söz açdı.

Tədbirdə Məhsəti Gəncəvi Muzeyinin direktor əvəzi Gülnaz Əsgərova, Gəncə Dövlət Rəsm Qalereyasının müdir əvəzi Məhbubə Həsənova, Diyarşünaslıq evinin direktoru Pərvin Nəzərəliyeva, Tarixi Abidələr mühafizi Aygün Qasımova çıxış etdi.

Tədbirin sonunda Rəsm Qalereyasının müdiri Məhbubə Həsənovanın yeni ili özündə əks etdirən əl işlərindən ibarət sərgisi də nümayiş olundu.

Tədbir milli birliyinimizin simvolu sayılan “Yallı” musiqisinin sədaları altında sona çatdı.