Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Fidanların yeni il arzuları”

25.12.2018

Gəncə şəhər MKS Uşaq şöbəsində 25.12.2018-ci il tarixində İ.Məmmədov adına 27 saylı məktəb-liseyin IV sinif şagirdləri ilə birlikdə “Fidanların yeni il arzuları” başlığı altında səhərcik keçirildi. Bayram tədbirində Mərkəzləşdirilmiş Kitabxananın Sisteminin rəhbərləri , valideynlər, 27 saylı məktəb-liseyin bir qrup müəllim kollektivi iştirak etdilər.

Tədbiri giriş sözü ilə şöbənin müdiri Ellada Rəhimova açaraq iştirakçıları 31Dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn “Yeni il”münasibətilə təbrik etdi. Onlara öz arzularını bildirdi. Bayram tədbirində uşaqlar müxtəlif oyuncaqlarla bəzənmiş şam ağacının altındakı hədiyyələrlə dolu olan sandığı açmaq istəyəndə şənliyə münəccim daxil oldu və o uşaqlarla maraqlı viktorina keçirdi. Viktorinanın bütün suallarını uşaqlar cavablandırandan sonra sandıq açildı. Şaxta baba və qar qızın gəlişi uşaqları daha da sevindirdi. Onlar ,uşaqlara öz yeni il arzularını bildirdi ,təhsillərində uğurlar arzuladı. Məktəblilər yolkanın ətrafında şeirlər söylədilər, rəqsl elədilər, səhnəciklər təqdim etdilər. Sonda Şaxta baba gətirdiyi sovqatları uşaqlara paylayaraq onları bir daha sevindirdi. Klounun əyləncəli şousu bayramı daha da şənləndirdi. Bayram şənliyi maraqlı və əyləncəli keçdi