26.12.2018
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayonu Dəliməmmədli şəhər Uşaq Musiqi Məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram konserti oldu.
Məktəbin direktoru Məhsəti Əliyeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və onun şəxsində Azərbaycan xalqını, Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik etdi.
Sonra məktəbin müəllim və şagirdlərinin hazırladıqları konsert proqramı təqdim olundu.