25.12.2018
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Heydər Əliyev Mərkəzində bəzədilmiş yolka ətrafında əyləncəli bayram şənliklərinə start verildi. Şənlikdə əsasən köhnə ilin atributu olan it ilə yeni ilin atributu olan donuz arasında gedən sərgüzəştlər, milli rəqslər, bayram əhval ruhiyyəli mahnılar, əyləncəli yarışmalar təqdim olundu.