25.12.2018
Gəncə şəhərinin Baş meydanında şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə keçirilən ümumşəhər bayram şənliyində Gəncə şəhər Uşaq İncəsənət Məktəbi konsert proqramını təqdim etdi.
Uşaq İncəsənət Məktəbinin “Gəncə qönçələri” mahnı və rəqs ansamblının ifasında şən rəqslər şənlik iştirakçılarında xoş ovqat yaratdı.
“Söhrab” nağaraçalanlar ritm qrupunun çıxışı maraqla qarşılandı.
Uşaq İncəsənət Məktəbinin vokal və xanəndə siniflərinin şagirdlərinin, eləcə də müəllimlərinin ifasında səslənən xalq və bəstəkar mahnıları, təsniflər və vokal nömrələri alqışlandı.